Firdovsi Umudov: Dadaş Dadaşbəyli böyük əzmkarlıq göstərdi

Firdovsi Umudov: Dadaş Dadaşbəyli böyük əzmkarlıq göstərdi Dadaş böyük əzmkarlıq göstərdi. "Report" xəbər verir ki, bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Dadaş Dadaşbəylinin Tailandın Phuket şəhərindəki Dünya Kubokunda 3 gümüş medal qazanması ilə bağlı danışarkən dey
Fərdi
13 aprel 2024 10:01
Firdovsi Umudov: Dadaş Dadaşbəyli böyük əzmkarlıq göstərdi
Firdovsi Umudov

Dadaş böyük əzmkarlıq göstərdi.

"Report" xəbər verir ki, bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Dadaş Dadaşbəylinin Tailandın Phuket şəhərindəki Dünya Kubokunda 3 gümüş medal qazanması ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi idmançının Avropa çempionatından sonra ciddi zədələr aldığını xatırladıb: “O, bu yarışda da bütün yeniyetmə və gənc idmançılarımıza örnək bir hərəkət nümayiş etdirdi. Onun ağrılarının və indiki vəziyyətinin şahidi idik. Həm Dadaşın özünə, həm də şəxsi məşqçisinə xüsusi təşəkkürümü bildirirəm. İnanıram ki, bütün bunlar gənc idmançılarımıza böyük motivasiya olacaq".

Umudov martın 30-u Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının xüsusi Konqresinin keçirildiyini söyləyib: “Təşkilatın rəhbərliyi ilə bir sıra görüşlərimiz gerçəkləşdi. Federasiya olaraq belə toplantıların böyük önəm kəsb etdiyini düşünürəm. Beynəlxalq federasiyanın prezidenti Məhəmməd Cavadla müəyyən məsələləri müzakirə etdik, gələcəkdə ölkəmizdə keçiriləcək yarışlar, seminarlar və digər məsələlər barədə də danışdıq. Görüş zamanı dövlət başçısı İlham Əliyev tərəfindən idmana və idmançılarımıza göstərilən qayğı və diqqətdən də söz açıldı. İnanıram ki, bizim federasiyanın planlarında da dəyişiklik olacaq”.

Son xəbərlər

Orphus sistemi