Filippində 20 yaşlı boksçu məşq zamanı huşunu itirərək dünyasını dəyişib
Fərdi
- 25 oktyabr, 2017
- 08:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 oktyabr. REPORT.AZ/ Fillipinli boksçu Ceffri Klaro məşq zamanı huşunu itirərək dünyasını dəyişib. “Report” rappler.com saytına istinadən xəbər verir ki, hadisə Mandaluyonq şəhərində baş verib.
20 yaşlı idmançı məşqdə sınaqçı rəqibi ilə döyüş zamanı qəfildən yerə yıxılıb. Onu dərhal yerli xəstəxanaya çatdırsalar da, neyrocərrah köməyi lazım gəlib. Lakin Klaro komaya düşüb və daha sonra vəfat edib.
Bildirilir ki, noyabrın 19-da nəzərdə tutulan döyüş üçün çəkilən tomoqrafiya zamanı boksçunun beynində heç bir zədə aşkarlanmayıb. Hadisədən sonra isə onun beynində iki xəsarət qeydə alınıb.
Qeyd edək ki, Ceffri Klaro karyerası ərzində keçirdiyi 5 görüşdən 4-də məğlub, 1 dəfə qalib olub.
Son xəbərlər
18:57
Video
İspaniyada dəmiryol qəzasında ölənlərin sayı 68 nəfərə çatıb - Yenilənib-4
Digər ölkələr
18:55
Sahibə Qafarova İƏT-in Baş katibi ilə görüşüb
Xarici siyasət
18:50
AzFina rəsmisi: "Azərbaycanda rəsmi gəliri olmayan şəxslərin kreditləşdirilməsi üçün böyük potensial var"
Maliyyə
18:50
Foto
"Sumqayıt" güləşçiləri "Gəncə Kuboku"na sahib çıxıblar
Fərdi
18:43
Foto
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
Mədəniyyət siyasəti
18:39
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Xarici siyasət
18:37
Foto
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
Mədəniyyət siyasəti
18:36
AMB maliyyə sektoru üçün süni intellekt və məlumat idarəetməsi üzrə yeni qaydalar hazırlayır
Maliyyə
18:35
İspaniyanın nəqliyyat naziri: Dəmiryol qəzasından əvvəl siqnalizasiya sistemində nasazlıq olub
Digər ölkələr