​FİDE prezidenti Yaqub Eyyubovla görüşüb

​FİDE prezidenti Yaqub Eyyubovla görüşüb Görüşdə Azad Rəhimov və yerli federasiyanın rəsmiləri də iştirak edib
Fərdi
27 May , 2016 14:41
​FİDE prezidenti Yaqub Eyyubovla görüşüb

Bakı. 27 may. REPORT.AZ/ FİDE (Beynəlxalq Şahmat Federasiyası) prezidenti Kirsan İlyumjinov Azərbaycana səfəri zamanı baş nazirin birinci müavini, Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovla görüşüb. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qurum rəhbəri Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlığın gedişatından razı olduğunu bildirib.

K.İlyumjinov Bakıda indiyə qədər keçirilmiş şahmat olimpiadalarından ən yaxşısını təşkil etməklə tarixdə yeni səhifə açacağını deyib.

Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov, federasiyanın vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, eləcə də AŞF-nin digər vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənovun iştirak etdiyi görüşdə olimpiadanın hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğu vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi