"Ferrari" Formula 1-in səhmlərini satın almaq istəyir

"Ferrari" Formula 1-in səhmlərini satın almaq istəyir "Liberty Media" səhmlərin bir hissəsini 400 milyon dollar qarşılığında satmağı planlaşdırır
Fərdi
3 Fevral , 2017 12:49
Ferrari Formula 1-in səhmlərini satın almaq istəyir

Bakı. 3 fevral. REPORT.AZ/ "Ferrari" şirkəti Formula 1-in səhmlərinin bir hissəsini satın almaq niyyətindədir. "Report"un məlumatına görə, bunu İtaliya brendinin prezidenti Serco Markyonne f1i.com-a açıqlamasında bildirib. 

Markyonne hazırda "Liberty Media" ilə danışıqlar apardıqlarını söyləyib: "Biz Formula 1-in səhmlərinin alınması imkanlarını araşdırmağa başlamışıq. Hazırkı iştirakçıların mövcud kollektiv müqaviləsinin müddəti 2020-ci ildə başa çatır. Biz bundan sonra nələrin baş verəcəyini anlamalıyıq. "Ferrari" bilməlidir ki, Formula1-in investisiyaları necə olacaq. Bununla bağlı məsələ aydınlaşdıqdan sonra bizim üçün qərar vermək də asanlaşacaq".

Qeyd edək ki, Formula 1-ə 40 il rəhbərlik etmiş Berni Ekklstoun yanvarın 23-də vəzifəsindən getdiyini açıqlayıb. 2016-cı ilin sentyabrında şirkətin səhmlərinə "Liberty Media" korporasiyası sahib çıxıb. Lakin sözügedən şirkər səhmlərin bir hissəsini 400 milyon dollar qarşılığında satmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi