Bakı. 19 dekabr. REPORT.AZ/ Bir sıra "Formula-1" komandalarının keçmiş pilotu, iki dəfə dünya çempionu Fernando Alonso, ötən mövsüm haqqında fikirlərini bölüşərkən, ən yaxşı yarışını Azərbaycan Qran-prisində keçdiyini bildirib.
“Report” xəbər verir ki, ispaniyalı avtomobilçinin sözlərini "Marca" nəşri sitat gətirib.
"Hisslər və duyğular baxımından mövsümün ən yaxşı yarışı, yəqin ki, Bakıdakı oldu. Birinci turdan sonra sonuncu yeri tutduq və avtomobilim zədələndi. Heç bir ümidimiz yox idi, lakin yenə də yeddinci bitirməyi bacardıq. Bu, uzun müddət ərzində mənim ifamda ən yaxşı yarış idi", - deyə Alonso bildirib.
Ötən mövsüm zamanı Fernando Alonso 2018-ci ildən sonra "Formula-1"i tərk edəcəyini bildirib. Bununla belə, ispaniyalı bir ildən sonra yenidən çempionata qayıda biləcəyini istina etməyib.