Fərid Mansurov yeni vəzifəyə təyin edilib

Fərid Mansurov yeni vəzifəyə təyin edilib Gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirliyin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilib
Fərdi
8 Dekabr , 2021 11:44
Fərid Mansurov yeni vəzifəyə təyin edilib
Fərid Mansurov

Gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirliyin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bu barədə "Report"a nazirliyin mətbuat katibi Qabil Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, nazirin digər əmri ilə olimpiya və ikiqat dünya çempionu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.

Qeyd edək ki, Fərid Mansurov 2016-cı ildə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri təyin olunmuşdu.

Son xəbərlər

Orphus sistemi