Nikita Simonov: "Əsas hədəflərimdən biri olimpiadaya lisenziya qazanmaqdır"

Nikita Simonov: "Əsas hədəflərimdən biri olimpiadaya lisenziya qazanmaqdır" Yaxşı nəticə göstərdim. Təsnifat mərhələsində səhvə yol vermişdim. Finaladək səhvlər üzərində işlədim.
Fərdi
16 Mart , 2019 14:28
Nikita Simonov: Əsas hədəflərimdən biri olimpiadaya lisenziya qazanmaqdır

"Yaxşı nəticə göstərdim. Təsnifat mərhələsində səhvə yol vermişdim. Finaladək səhvlər üzərində işlədim".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanan Nikita Simonov deyib. 

Halqalarla çıxışda ikinci yeri tutan atlet Milli Gimnastika Arenasındakı azarkeşlərin ona kömək etdiyini söyləyib. 

N.Simonov fanatlara təşəkkür edərək bildirib: "Növbəti yarış Dohada olacaq. Əsas hədəflərimdən biri olimpiadaya lisenziya qazanmaqdır".

Son xəbərlər

Orphus sistemi