Erməni rəqibini udan azərbaycanlı MMA döyüşçüsü Vətənə qayıdıb - VİDEO

Erməni rəqibini udan azərbaycanlı MMA döyüşçüsü Vətənə qayıdıb - VİDEO Qazaxıstanın Almatı şəhərindəki “Naiza Fighting Championship” turnirində Ermənistan təmsilçisi Varşan Gevorqyana qalib gələn Azərbaycanın MMA döyüşçüsü Elnar İbrahimov Vətənə qayıdıb
Fərdi
28 İyun , 2021 16:57
 Erməni rəqibini udan azərbaycanlı MMA döyüşçüsü Vətənə qayıdıb - VİDEO
Elnar İbrahimov

Qazaxıstanın Almatı şəhərindəki “Naiza Fighting Championship” turnirində Ermənistan təmsilçisi Varşan Gevorqyana qalib gələn Azərbaycanın MMA döyüşçüsü Elnar İbrahimov Vətənə qayıdıb.

"Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda 23 yaşlı idmançını yaxınları, dostları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Qeyd edək ki, Elnar İbrahimov keçirdiyi döyüşdə erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb. Bu, onun ümumilikdə 17-ci qələbəsi olub.

Son xəbərlər

Orphus sistemi