Yuxarı
    Bağlamaq

    Dünya çempionatının bürünc medalçısı məşq zamanı ölüb

    Hadisə David Puassonun dağdan enməsi zamanı baş verib

    Bakı. 14 noyabr. REPORT.AZ/ Fransalı dağ xizəkçisi David Puasson Kanadada məşq zamanı ölüb.

    “Report” “Frans-Press”ə istinadən xəbər verir ki, hadisə Nakiska kurortunda 36 yaşlı idmançının dağdan enməsi zamanı baş verib.

    D.Puasson yıxılaraq ciddi xəsarət alıb və düynasını dəyişib.

    Qeyd edək ki, fransalı xizəkçi 2010 və 2014-cü il Qış Olimpiya Oyunlarının iştirakçısı olub. O, 2013-cü ildə dünya çempionatının bürünc medalını qazanmışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi