Dünya çempionatı: Ömər Salmanov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB-2
- 27 iyul, 2026
- 18:24
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Rusiya təmsilçisi Sultan Yusupova uduzaraq (1:3) finala yüksələ bilməyib.
Bununla belə, idmançı sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Xatırladaq ki, Ö.Salmanov 1/8 finalda Avinaş Çetakeyə (Hindistan), 1/4 finalda isə Ali Mortaza Esmaeiliyə (İran) qalib gəlib.
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ikinci görüşündə də qələbə qazanıb.
"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda iranlı Ali Mortaza Esmaeilini 6:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
Ö.Salmanov 1/8 finalda hindistanlı Avinaş Çetakeni də eyni hesabla üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə qələbə qazanıb.
"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda hindistanlı Avinaş Çetakeni 6:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.