Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib
Fərdi
- 03 fevral, 2025
- 17:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib.
"Report" xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 22 dövlət qurumundan 50 əməkdaş (10 qadın, 40 kişi) iştirak edib.
“Şüa” İdman Kompleksində təşkil olunan yarışda qadınlar arasında Svetlana Kayumova, Nərgiz Daşdəmirova (hər ikisi SOCAR), Yeganə Əlizadə (Müdafiə Nazirliyi) fərqləniblər.
Kişilər arasında Əli Bayramov (Fövqəladə Hallar Nazirliyi) bütün rəqiblərini qabaqlayaraq birinci olub. Yaşar Mövlanov (Dövlət Turizm Agentliyi) yarışı ikinci, Rauf Nuhov (Müdafiə Nazirliyi) isə üçüncü pillədə başa vurub.
Son xəbərlər
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:41
"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır
Digər ölkələr
23:26
Foto
Məzahir Pənahov Belqradda Serbiyanın Seçki Komissiyasının sədri ilə görüşüb
Xarici siyasət
23:20
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Digər ölkələr
22:55
"Çelsi" öz meydanında "Tottenhem"ə uduzub
Futbol