Daniel Rikkardo: "Bakı treki digər şəhər traslarından fərqlənir"

Fərdi
  • 25 aprel, 2018
  • 06:42
Daniel Rikkardo: Bakı treki digər şəhər traslarından fərqlənir

Bakı. 25 aprel. REPORT.AZ/ “Bakı treki digər şəhər trasslarından fərqlənir. Monako və Sinqapurla müqayisədə, orada ötmə əməliyyatı etmək üçün çoxlu sayda yer var”.

“Report”un məlumatına görə, bunu “Red Bull”un pilotu Daniel Rikkardo “Formula 1”in rəsmi saytına Azərbaycan Qran Prisindən bəhs edərkən deyib.

Azərbaycanda ötənilki yarışın qalibi olan 29 yaşlı avstraliyalı pilot hesab edir ki, Bakı trekində əsas problem əyləclə bağlıdır: “Orada əyləci sıxmalı olduğunuz çox nöqtələr mövcuddur. Lakin səhvlərə yer yoxdur. Bakıda ən çətin olan məsələ əyləclə sürməyə davam etməyin arasında ortaq məqamı tapmaqdır. Gedirsiniz, qarşınızda divar görünür. İnstinktinin “əyləc, əyləc, əyləc” deyir. Əyləci mümkün qədər gec sıxmaq üçün özünüzə çox əmin olmalısınız. Bu, Bakıda ən böyük problemdir. Ötənilki Azərbaycan Qran Prisi çoxları üçün çılğın oldu. Həmçinin, ötən həftə Şanxayda da komandaların yaxşı strategiyası vardı”.

Qeyd edək ki, “Formula 1” üzrə növbəti Azərbaycan Qran Prisi 27 – 29 apreldə keçiriləcək.