Daha 2 azərbaycanlı beynəlxalq dərəcəli hakim adına layiq görülüb

Daha 2 azərbaycanlı beynəlxalq dərəcəli hakim adına layiq görülüb Polşanın Poznan şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.
Fərdi
4 Avqust , 2019 21:07
Daha 2 azərbaycanlı beynəlxalq dərəcəli hakim adına layiq görülüb

Polşanın Poznan şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.

Nəticədə Azərbaycanın ədalət təmsilçilərindən Rəşad ƏliyevMəhəmmədəli Quluzadə beynəlxaq dərəcəli hakim adına layiq görülüblər. Onlar seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıblar.

Namizədlərlə ilk öncə nəzəri ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər.

Hakimlərimiz Poznanda keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə ediblər.

Son xəbərlər

Orphus sistemi