Dağıstan çempionu istintaq təcridxanasında xarakiri edib - VİDEO
- 01 dekabr, 2017
- 09:26
Bakı. 1 dekabr. REPORT.AZ/ Qarışıq döyüş sənətləri (MMA) üzrə Dağıstan çempionu Akim Quliyev istintaq təcridxanasında xarakiri edib.
“Report” life.ru saytına istinadən xəbər verir ki, hadisə Mahaçqalada baş verib.
Tibb işçilərinin təcili müdaxiləsindən sonra idmançı xəstəxanaya yerləşdirilib. Qohumları Quliyevin polis işgəncələrinə məruz qaldığı üçün bu addımı atdığını bildirib.
Bir müddət əvvəl tanınmış MMA döyüşçüsü Həbib Nurmaqemedov da dövlət qurumlarına müraciət edərək, dostu Quliyevin hüquq-mühafizə orqanlarının əməkdaşlarının işgəncəsindən qorunmasını tələb edib.
Qeyd edək ki, Quliyevin Dağıstanın Rutulski rayonunun icra hakimiyyətinin binasını yandırmaqda şübhəli bilindiyi üçün həbs olunduğu söylənilir. Lakin idmançının qohumları ittihamı qəbul etmirlər.
Had a very good and detailed conversation with my friend President Putin. I thanked him for sharing the latest developments on Ukraine. We also reviewed the progress in our bilateral agenda, and reaffirmed our commitment to further deepen the India-Russia Special and Privileged…
— Narendra Modi (@narendramodi) August 8, 2025