Cüdoçumuza gümüş medalı PSJ-nin prezidenti təqdim edib

Cüdoçumuza gümüş medalı PSJ-nin prezidenti təqdim edib Qətərin paytaxtı Dohada ötən gün başa çatan "World Masters” turnirində çəkisi 78 kq-dan yuxarı olan cüdoçuların mükafatlandırma mərasimində maraqlı an yaşanıb.
Fərdi
14 Yanvar , 2021 02:28
Cüdoçumuza gümüş medalı PSJ-nin prezidenti təqdim edib
İrina Kindzerska

Qətərin paytaxtı Dohada ötən gün başa çatan "World Masters” turnirində çəkisi 78 kq-dan yuxarı olan qadın cüdoçuların mükafatlandırma mərasimində maraqlı an yaşanıb.

"Report"un məlumatına görə, fəxri kürsüyə çıxanlara medalları Fransanın PSJ klubunun prezidenti, qətərli iş adamı Nasser Əl-Xəlafi təqdim edib.

Medalçılar arasında Azərbaycan cüdoçusu İrina Kindzerska da yer alıb. Finalda uduzan idmançı gümüş medal qazanıb.

Qeyd edək ki, 100 kq-da mübarizə aparan Zelim Kotsoyev də gümüş medal əldə edib.

Son xəbərlər

Orphus sistemi