Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu Turnir martın 7-dək davam edəcək
Fərdi
4 Mart , 2021 15:32
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, bu gün bütün çəki dərəcələrində püşkatma mərasimi keçirilib.

İlk yarış günündə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) mübarizə aparacaq.

İkinci gündə Rüstəm Orucov (73 kq), Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) yarışacaq. Sonuncu gündə isə Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvəsini sınayacaq.

Kişilər

60 kq

Təsnifat. Kəramət Hüseynov - Ayub Bliyev (Rusiya)

1/16 final. Oruc Vəlizadə - David Starkel (Sloveniya) / Morits Plafki (Almaniya) cütünün qalibi

66 kq

1/16 final. Nicat Şıxəlizadə - Bojidar Temelkov (Bolqarıstan)

1/16 final. Orxan Səfərov - Lukas Saha (Finlandiya)

73 kq

1/16 final. Rüstəm Orucov - Mod Rəşad Aryan (Əfqanıstan) - Martin Hojak (Sloveniya) cütünün qalibi

81 kq

Təsnifat. Hidayət Heydərov - Gilyerme Şmidt (Braziliya)

Təsnifat. Murad Fətiyev - Nikolas Çilar (Fransa)

90 kq

1/16 final. Məmmədəli Mehdiyev - Erlan Şerov (Qırğızıstan) / Stanislav Qunçenko (Ukrayna) cütünün qalibi

100 kq

1/16 final. Aslan Mirzəyev - Otqonbatar Xlaqvasuren (Monqolustan)

+100 kq

1/16 final. Uşanqi Kokauri - Vinçentso D Arko (İtaliya)

Qadınlar

48 kq

1/16 final. Leyla Əliyeva - Gülnur Muratbəyova (Özbəkistan)

1/16 final. Aişə Qurbanlı - Həliməcan Qurbanova (Özbəkistan)

Qeyd edək ki, turnir martın 7-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi