Cüdo üzrə “Federasiya kuboku” uğrunda komanda yarışları keçirilib

Cüdo üzrə “Federasiya kuboku” uğrunda komanda yarışları keçirilib Bakı. 23 aprel. REPORT.AZ/ Şirvan şəhərində cüdo üzrə regionlararası “Federasiya Kuboku” uğrunda komanda yarışları keçirilib.
Fərdi
23 Aprel , 2018 15:30
Cüdo üzrə “Federasiya kuboku” uğrunda komanda yarışları keçirilib
Judo.az

Bakı. 23 aprel. REPORT.AZ/ Şirvan şəhərində cüdo üzrə regionlararası “Federasiya Kuboku” uğrunda komanda yarışları keçirilib. 

"Report" xəbər verir ki, turnir yeniyetmələr üzrə 15 yaşadək cüdoçular arasında təşkil olunub. Yarışda müxtəlif bölgələrdən olan perespektivli cüdoçular mübarizə aparıblar. 

Daha yaxşı nəticə göstərən “Sumqayıt-1" komandası “Federasiya Kuboku”nun növbəti mərhələsinin qalibi olub. “Bakı-3” klubu 2-ci, “Şimal Qərb" komandası isə 3-cü yeri tutub. 

Regionlararası “Federasiya Kuboku” uğrunda komanda yarışlarının növbəti mərhələsi aprelin 28-də Xaçmaz rayonunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi