Cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib

Cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib Rövnəq Abdullayev: "Böyük Dəbilqə artıq Azərbaycanda ənənəyə və böyük cüdo bayramına çevrilib"
Fərdi
10 Mart , 2017 16:35
Cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib
Report.az

Bakı. 10 mart. REPORT.AZ/ Heydər Əliyev adına İdman Sarayında start götürən cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib. 

"Report"un məlumatına görə, təntənəli mərasimdə əvvəlcə 31 iştirakçı ölkə təqdim olunub.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, Böyük Dəbilqə kimi nüfuzlu yarışın Azərbaycan paytaxtında keçirilməsi idmana dövlət səviyyəsində göstərilən qayğının nəticəsidir. O, Bakıda I Avropa Oyunları, Formula 1 üzrə Qran Prinin, müxtəlif növlər üzrə dünya və Avropa çempionatlarının təşkilini misal göstərib. Nazir müavini bildirib ki, cüdo Azərbaycanda ən populyar idman növlərindən biridir. İ.İsmayılov Yay Olimpiya Oyunları, Avropa və dünya çempionatlarında çoxlu medalın qazanıldığını xatırladaraq, 31 ölkədən 184 cüdoçunun qatıldığı turnir iştirakçılarına uğurlar arzulayıb.

Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Prezident İlham Əliyevə və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə Böyük Dəbilqənin hər il təşkilinə dəstək olduqları üçün minnətdarlığını bildirib. O, belə bir uğurlu yarışın təşkilatçılığını həyata keçirən ACF-ni təbrik edib.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev yarış iştirakçılarına dəvəti qəbul edərək turnirə qatıldıqları üçün minnətdarlıqlarını bildirib. O deyib ki, Böyük Dəbilqə artıq Azərbaycanda ənənəyə və böyük cüdo bayramına çevrilib. R.Abdullayev yarışı açıq elan edib.

İJH-nin və Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, 110 kişi və 73 qadın cüdoçunun qatıldığı Böyük Dəbilqəyə martın 12-də yekun vurulacaq.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi