Cüdo üzrə 2021-ci il dünya çempionatı Avstriyada keçiriləcək

Cüdo üzrə 2021-ci il dünya çempionatı Avstriyada keçiriləcək IJF İcraiyyə Komitəsinin Bakıdakı iclasının qərarları açıqlanıb
Fərdi
18 Sentyabr , 2018 12:04
Cüdo üzrə 2021-ci il dünya çempionatı Avstriyada keçiriləcək
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ 2021-ci il cüdo üzrə dünya çempionatı Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

"Report" xəbər verir k, bununla bağlı qərar Beynəlxalq Cüdo Federasiyası (IJF) İcraiyyə Komitəsinin Bakıdakı iclasında qəbul olunub. Yarış 12 - 19 sentyabra təyin olunub.

Digər mühüm qərarlara gəlincə, komanda yarışlarındakı cüdoçulardan hansının tatamiyə birinci çıxacağını püşk müəyyənləşdirəcək. Bunadək yarışlar "aşağıdan-yuxarı" çəki dərəcələri prinsipi ilə təşkil edilib.

Bununla yanaşı, cüdonun illik təqviminə Kanada, İsrail və Çili Qran Prilərinin əlavə olunacağı açıqlanıb.

IJF Hakimlər Komissiyası bildirib ki, son illər keçirilmiş nüfuzlu yarışların analizləri nəticəsində görüşlərin 82 faizdən çoxunun əsas vaxtda yekunlaşdığı məlum olub.

İclasda Azərbaycan Cüdo Federasiyasının prezidenti və IJF İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev də iştirak edib.

Qeyd edək ki, cüdo üzrə 2019-cu il dünya çempionatı Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi