"CinemaPlus" Teymur Rəcəbovun FİDE Qran-prisində rəsmi tərəfdaşı olub

"CinemaPlus" Teymur Rəcəbovun FİDE Qran-prisində rəsmi tərəfdaşı olub Yarışın qalibinin azərbaycanlı qrossmeyster olacağına ümid edilir
Fərdi
9 İyun , 2017 11:46
CinemaPlus Teymur Rəcəbovun FİDE Qran-prisində rəsmi tərəfdaşı olub

Bakı. 9 iyun. REPORT.AZ/ "Premium" kinoteatrlar şəbəkəsi “CinemaPlus” FİDE Qran-prisində iştirak edən Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəsmi tərəfdaşı olub. 

"Report"un məlumatına görə, “CinemaPlus” 4 seriyadan ibarət yarışın qalibinin məhz Rəcəbov olacağına ümid edir. 

Qeyd edək ki, Qran-pri seriyalarından ilk 2-si Qra Şarja (Birləşmiş Ərəb Əmirlikləri) və Moskva (Rusiya) şəhərlərində keçirilib. İyulun 5 - 16-da Cenevrə (İsveçrə), noyabrın 15 - 26-da Palma-de-Mayorka (İspaniya) şəhərləri son 2 Qran-priyə ev sahibliyi edəcək. Seriya nəticəsində iki qalib müəyyənləşəcək və İddiaçılar Turnirinə vəsiqə qazanacaq. 

Son xəbərlər

Orphus sistemi