Çexiyada dünyanın ən böyük hokkey meydançası tikiləcək
Fərdi
- 27 sentyabr, 2024
- 10:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çexiyada dünyanın ən böyük hokkey meydançası tikiləcək.
"Report" “Pravda.sk” nəşrinə istinadən xəbər verir ki, sözügedən ölkənin "Pardubitse" hokkey klubunun sahibi Petr Dedek 22 296 azarkeş tutumuna malik arena inşa etdirəcək.
İdman obyektinin ümumi investisiya həcmi 10,5 milyard kron (417 milyon avro) təşkil edəcək.
Kompleksdə əsas arena ilə yanaşı, kiçik zal, otel və qaraj da yer alacaq. Yeni meydançanın 2027-ci ilin yayına qədər hazır olacağı gözlənilir. Hər il orada 100-ə yaxın tədbir keçiriləcək.
Qeyd edək ki, hazırda dünyanın ən böyük azarkeş tutumuna malik hokkey stadionu Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "SKA Arena"dır. Bu idman qurğusu 21 542 tamaşaçı qəbul etmək imkanına malikdir.
Son xəbərlər
11:52
Cəlilabadda yaşayan İkinci Dünya müharibəsinin sonuncu veteranı vəfat edib
Hadisə
11:40
Azərbaycan armatur istehsalını 13 % artırıb
Sənaye
11:35
FT: ABŞ hərbçiləri Britaniyanın Lakenhit aviabazasına PUA hücumunu dəf edib
Digər ölkələr
11:34
"Arsenal" qışda heyətinə üç yeni futbolçu cəlb etməyi planlaşdırır
Futbol
11:20
Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb
Xarici siyasət
11:17
İlham Əliyev Albaniya Prezidentini təbrik edib
Xarici siyasət
11:11
Azərbaycan dəri istehsalını 23 % artırıb
Sənaye
11:10
Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb
Hadisə
11:00
Azərbaycandakı sığorta şirkətlərinin öhdəliklərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə