Çempionlar Turu: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlub olub

Çempionlar Turu: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlub olub Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda final mərhələsi start götürüb.
Fərdi
25 Sentyabr , 2021 23:38
Çempionlar Turu: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlub olub
Şəhriyar Məmmədyarov

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda final mərhələsi start götürüb.

"Report"un məlumatına görə, Şəhriyar Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. I və III partiyada rəqibi ilə heç-heçə edən 36 yaşlı qrossmeyster II və IV qarşılaşmasında məğlubiyyətlə üzləşib. Məmmədyarov yekunda 1:3 hesabı ilə uduzub.

Teymur Rəcəbov isə rusiyalı Vladislav Artemyovla qarşılaşıb. 4 görüşün hamısı bərabərliklə başa çatdığı üçün tay-breyk oynanılıb. Rəcəbov burada rəqibinə məğlub olub 0,5:1,5.

Çempionlar turu

25 sentyabr

I tur

Teymur Rəcəbov - Vladislav Artemyov (Rusiya) - 2:2 (tay-breyk - 0,5:1,5)

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 1:3

Maqnus Karlsen (Norveç) - Yan-Kşiştof Duda (Polşa) - 2,5:0,5

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 2:2 (tay-breyk davam edir)

Aniş Giri (Niderland) - Hikaru Nakamura (ABŞ) - 2:2 (tay-breyk 1,5:0,5 )

Qeyd edək ki, turnirin mükafat fondu 100 000 ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi