Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2019-cu ilin idman yekunlarına həsr olunmuş tədbir keçirilib.
"Report" xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasim videoçarxın nümayişi ilə davam edib.
Gənclər və İdman naziri
Nazirin sözlərinə görə, il ərzində 233 Respublika yarışı təşkil olunub: "Təkcə Bakıda 62 beynəlxalq yarış olub. Milli komandalarımız 243 beynəlxalq yarışa qatılıblar. Yığmalar üçün 118 təlim-məşq toplanışı təşkil edilib. Hazırda 45 Olimpiya Kompleksi xidmət göstərir".
Nazir deyib ki, gələn il də Azərbaycan idmanı üçün zəngin olacaq: "Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq davam etməkdədir. Artıq bir sıra idman növlərində lisenziyalar əldə olunub. Bakı AVRO-2020-nin 4 oyununu və "Formula 1"ə ev sahibliyi edəcək. Karate üzrə 55-ci Avropa çempionatı da Azərbaycanda olacaq. Həmçinin gimnastika üzrə Dünya Kuboku təşkil ediləcək".
Ardınca ilin ən yaxşılarının mükafatlandırılmasına start verilib.