"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

"Shusha Chess 2022" turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB Bu gün Şuşada ilk beynəlxalq şahmat turnirinə yekun vurulacaq.
Fərdi
24 Sentyabr , 2022 17:47
Shusha Chess 2022 turnirin qalibləri müəyyənləşib - YENİLƏNİB

Bu gün Şuşada keçirilən ilk beynəlxalq şahmat turnirinə yekun vurulub, qaliblər müəyyənləşib.

"Report"un xəbərinə görə, kişilərin yarışında 26 xal toplayan Şəhriyar Məmmədyarov, qadınlarda isə gürcü şahmatçı Meri Arabidze 24 xalla birinci yeri tutub.

10.36

Bu gün Şuşada ilk beynəlxalq şahmat turnirinə yekun vurulacaq.

"Report"un məlumatına görə, son gündə şahmatçılar blitsdə 9 tur yarışacaq. Hər tur iki oyundan ibarət (ağ və qara fiqurlarla) olacaq. İştirakçılara qələbəyə görə 1, heç-heçəyə görə yarım xal veriləcək.

Rapid yarışlarından sonra kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov 15 xalla liderliyə yüksəlib. Hindistan şahmatçısı Santoş Qucrati Vidit və iranlı Parham Maqsudlu liderdən iki xal geri qalır.

Qadınların yarışında gürcüstanlı Nana Dzaqnidze 15 xalla birinci pillədədir. Türkiyə şahmatçısı Kübra Öztürk Örənli 12 xalla ikinci yerdədir. Sonrakı pillələrdə qərarlaşan Xanım Balacayeva, Gövhər Beydullayeva və Gürcüstanın digər təmsilçisi Meri Arabidze 9 xal toplayıb.

“Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin hər kateqoriya üzrə qalibi rapid və blits turnirlərində toplanan xalların ümumi sayına görə müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi