Bu gün Şəhriyar Məmmədyarov İddiaçılar turnirində həlledici görüşünü keçirəcək

Bu gün Şəhriyar Məmmədyarov İddiaçılar turnirində həlledici görüşünü keçirəcək Qrişukla oyunda məğlub olan şahmatçı turnirin qalibi olma şanslarını faktiki itirəcək
Fərdi
26 Mart , 2018 07:07
Bu gün Şəhriyar Məmmədyarov İddiaçılar turnirində həlledici görüşünü keçirəcək

Bakı. 26 mart. REPORT.AZ/ Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinin XIII turunun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gələcək.

On bir turdan sonra hər iki qrossmeyster çinli Din Lijenlə birgə 6,5 xalla 3-5-ci yerləri bölüşdürür. Görüşü məğlub başa vuracaq şahmatçı turnirin qalibi olma şanslarını faktiki itirəcək.

Turun digər görüşləri:

Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya)

Fabiano Karuana (ABŞ) - Levon Aronyan (Ermənistan)

Din Lijen (Çin) - Vladimir Kramnik (Rusiya)

Hazırda turnir cədvəlinə hərəyə 7 xala malik Karyakin və Karuana başçılıq edir. Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk və Din Lijen hərəyə 6,5 xalla 3-5-ci yerləri bölüşür. Kramnik 5,5 xalla 6-cı, So 5 xalla 7-ci, Aronyan 4 xalla 8-cidir. 

Son xəbərlər

Orphus sistemi