Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarına xərclənən vəsait açıqlanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, Tatarıstanın idman naziri Vladimir Leonov yarışın ərsəyə gəlməsi üçün 1,2 milyard rubl (23 milyon 160 min manat) xərcləndiyini bildirib.
Qeyd edək ki, Azərbaycan idmançıları sözügedən yarışı 34 medalla başa vurublar. Mükafatlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.