Böyük Dəbilqə üçün 9 cüdoçu: Avropa çempionumuz zədələndi

Böyük Dəbilqə üçün 9 cüdoçu: Avropa çempionumuz zədələndi Gürcüstanın paytaxtı Tbilisidəki cüdo üzrə Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.
Fərdi
15 Mart , 2021 13:42
Böyük Dəbilqə üçün 9 cüdoçu: Avropa çempionumuz zədələndi

Gürcüstanın paytaxtı Tbilisidəki cüdo üzrə Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib.

O, yarışda məhdud sayda idmançı ilə çıxış edəcəklərini bildirib. Babanlı 66 kq çəki dərəcəsində çıxış edən son Avropa çempionu Orxan Səfərovun zədə səbəbindən Böyük Dəbilqəni buraxacağını söyləyib.

Federasiya rəsmisi istirahət verildiyindən, bəzi idmançıların nüfuzlu yarışa qatılmayacaqlarını da sözlərinə əlavə edib. Onun sözlərinə görə, kişilərdən ibarət yığmadan Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Murad Fətiyev Zelim Tskayev (hər ikisi 81 kq) və Uşangi Kokauri (+100 kq) medal qazanmağa çalışacaq. Qadınlardan isə Aişə Qurbanlı, Leylə Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova (hər ikisi 52 kq) yarışacaq.

Qeyd edək ki, Tbilisidəki Böyük Dəbilqə 26 - 28 martda gerçəkləşəcək. Kişilərdən ibarət Azərbaycan millisi hazırda Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Komanda martın 18-də Bakıya dönəcək və daha sonra Gürcüstana yollanacaq.

Son xəbərlər

Orphus sistemi