Böyük Dəbilqə: Balabəy Ağayev qızıl, Hidayət Heydərov bürünc medal qazanıb

Böyük Dəbilqə: Balabəy Ağayev qızıl, Hidayət Heydərov bürünc medal qazanıb Azərbaycanın 6 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.
Fərdi
16 Oktyabr , 2021 21:16
Böyük Dəbilqə: Balabəy Ağayev qızıl, Hidayət Heydərov bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Giyom Şenlə (Fransa) üz-üzə gəlib. 

Rəqibinə ipponla qalib gələn Heydərov bürünc medala sahib çıxıb.

19:35

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ramazan Abdulayevlə (Rusiya) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Ağayev qızıl medal qazanıb.

16:52

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Sumiyabazar Enkhtaivanla (Monqolustan) üz-üzə gəlib.

Rəqibinə qalib gələn Ağayev finala yüksəlib. O, qızıl medal uğrunda dueldə Ramazan Abdulayevə (Rusiya) rəqib olub.

73 kq-dakı Hidayət Heydərov isə təsəlliverici görüşdə Denis Yatsevi (Rusiya) üstələyib. O, bürünc medal qarşılaşmasında Giyom Şenlə (Fransa) güləşəcək.

15:24

Azərbaycanın 6 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev Jolan Florimont (Fransa) və Genki Koguya (Yaponiya) qalib gələrək yarımfinala yüksəlib.

O, finala gedən yolda Sumiyabazar Enkhtaivanla (Monqolustan) üz-üzə gələcək.

66 kq-dakı İsmayıl İbrahimov 1/16 final mərhələsində Robin Korradoya (Fransa) uduzub. Eyni çəkidəki İbrahim Əliyev Xuan Ernandesi (Kolumbiya) mübarizədən kənarlaşdırsa da, Valid Khyara (Fransa) yenilib.

Hidayət Heydərov (73 kq) Enzo Gibelli (Fransa) və Aleksandr Gablerdən (Almaniya) güclü olub. O, 1/4 finalda Somon Mahmadbekovun müqavimətini qıra bilməyib. Heydərov təsəlliverici görüşdə Denis Yatsevlə (Rusiya) güləşəcək. Eyni çəkidəki Telman Vəliyev David Limaya (Braziliya) qalib gəlib, lakin 1/8 finalda Aleksandru Raicuya (Rumıniya) məğlub olub.

Qadın cüdoçu İçinxorlu Muntsxedev 1/16 final mərhələsində Seija Ballhausu (Almaniya) üstələsə də, Priscilla Gnetoya (Fransa) uduzaraq medalsız qalıb.

Son xəbərlər

Orphus sistemi