Yaşar Bəşirov: "Bizə Avropa çempionatını azarkeşsiz keçirməklə bağlı bir söz deyilməyib"

Fərdi
  • 11 mart, 2020
  • 15:10
Yaşar Bəşirov: Bizə Avropa çempionatını azarkeşsiz keçirməklə bağlı bir söz deyilməyib

Martın 25-29-da Bakıda təşkil olunacaq karate üzrə Avropa çempionatının koronavirus epidemiyasına görə azarkeşsiz keçirilib-keçirilməyəcəyi dəqiq bilinmir.

Bunu "Report"a açıqlamasında Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

Onun sözlərinə görə, bu barədə federasiyaya Gənclər və İdman Nazirliyindən bir söz deyilməyib.

Qeyd edək ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 55-dək ölkədən 630-a yaxın idmançı, həmçinin 40-dək parakarateçi qatılacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 121 747-yə çatıb. Bunların 66 943 nəfəri sağalıb, 4 388 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Bütün Xəbər Lenti