Beynəlxalq Atçılıq Federasiyasında prezident seçkisi keçirilib

Fərdi
  • 20 noyabr, 2018
  • 12:34
Beynəlxalq Atçılıq Federasiyasında prezident seçkisi keçirilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Beynəlxalq Atçılıq Federasiyasında (FEI) prezident seçkisi keçirilib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, seçki Bəhreyndə FEI-nin Baş Assambleyası çərçivəsində baş tutub. 133 milli assosiasiyanın nümayəndələrinin qatıldığı mərasimdə rəhbər posta yekdilliklə İnqmar de Vos təkrar seçilib.

O daha 4 il federasiya prezidenti olacaq.

Qeyd edək ki, De Vos 2014-cü ildən quruma rəhbərlik edir.