Benzema altı ildən sonra Fransa yığmasına çağırıldı

Benzema altı ildən sonra Fransa yığmasına çağırıldı İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema Avropa çempionatı üçün Fransa millisinin heyətinə daxil edilib
Fərdi
152
18 May , 2021 22:29
Benzema altı ildən sonra Fransa yığmasına çağırıldı
Kərim Benzema

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema Avropa çempionatı üçün Fransa millisinin heyətinə daxil edilib.

Bu barədə “Report” Fransa Futbol Federasiyasının məlumatına istinadən xəbər verir.

“Real”ın hücumçusu baş məşqçi Didye Deşam tərəfindən 26 nəfərlik heyətə daxil edilib.

2015-ci ildə Benzema komanda yoldaşı Matye Valbuenanı intim video ilə şantaj edən qrupla əlaqədə ittiham olunub. Futbolçu bu qalmaqaldan sonra Fransa yığmasından uzaqlaşdırılıb.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa millisi Almaniya, Macarıstan və Portuqaliya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi