“Bavariya”nın müdafiəçisi İspaniyaya getməyə razılıq verib

“Bavariya”nın müdafiəçisi İspaniyaya getməyə razılıq verib David Alaba karyerasını İspaniyada davam etdirə bilər
Fərdi
16 Fevral , 2021 07:15
“Bavariya”nın müdafiəçisi İspaniyaya getməyə razılıq verib

Almaniyanın “Bavariya” futbol klubunun müdafiəçisi David Alabanın karyerasını İspaniyada davam etdirmə ehtimalı böyükdür. 28 yaşlı avstriyalı ilə müqavilə üçün əsas iddiaçı İspaniyanın “Real Madrid” futbol klubudur.

“Report”un məlumatına görə, bunu tanınmış insayder Fabrisio Romano tvitterdə yazıb.

Mənbənin verdiyi məlumata görə, Alaba artıq yeni düşərgəyə keçməyə razılıq verib. Tərəflər yanvar ayının əvvəlindən bəri danışıqlar aparır və əməkdaşlıq barədə şifahi razılığa gəliblər. David 2025-ci ilin yayına qədər Kral Klubu ilə müqavilə imzalayacaq.

29 yaşlı oyunçu bu mövsüm Bundesliqada 13 matçda iki qol vurub. Davidin Münhen klubu ilə hazırkı müqaviləsi 30 iyun 2021-ci il tarixinədək qüvvədə olduğundan, Madridə azad agent kimi pulsuz qoşula bilər.

Transfermarkt Alabanı 55 milyon avro qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi