Banqladeşli qrossmeyster Ziaur Rəhman oyun zamanı dünyasını dəyişib.
"Report" FIDE-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, 50 yaşlı şahmatçı iyulun 5-də Dəkkədə keçirilən ölkə çempionatının XII turunda Enamul Hossain Rajib ilə oyun zamanı infarkt keçirib.
Ürəyi dayanan Z.Rəhman xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Banqladeşin ən çox medal qazanan şahmatçısının həyat yoldaşı və bir oğlu qalıb.