Bakı. 16 fevral. REPORT.AZ/ WSB (Ümumdünya Boks Seriyası) Liqasında 5-ci turun görüşləri keçirilib. "Report"un Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Baku Fires" klubu Mayami şəhərində USA "Knockouts" komandasının qonağı olub.
Azərbaycan təmsilçisi qarşılaşmadan 1:4 hesabı ilə məğlub ayrılıb. "Baku Fires"in heyətində yalnız Abdulqadir Abdullayev (91 kq) öz görüşünü qələbə ilə başa vurub.
Döyüşlərin nəticələri
49 kq. Niko Hernandez - Məhəmməd İbiyev 3:0 (49:46, 50:45, 49:46)
56 kq. Fransisko Martnez - Tural Əhmədov 3:0 (48:47, 48:47, 49:46)
64 kq. Tirek İrbi - Heybətulla Hacəliyev 3:0 (49:46, 50:45, 48:47)
75 kq. Entoni Kempbell - Nikolay Veselov 2:1 (49:46, 47:48, 49:46)
91 kq. Coşua Templ - Abdulqadir Abdullayev 0:3 (46:49, 46:49, 45:50)