Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatında Azərbaycanın 24 idmançısı mübarizə aparacaq.
Fərdi
9 Sentyabr , 2022 11:53
Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycanın titullu paracüdoçusu İlham Zəkiyev də mübarizə aparacaq.

"Report"un məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov yarışa həsr edilmiş mətbuat konfransında deyib.

O bildirib ki, mundialda Azərbaycanı ümumilikdə 24 paracüdoçu təmsil edəcək. O bildirib ki, paracüdoçuların 15-i kişi, 9-u isə qadın olacaq: "Onlardan 15-16 nəfəri burada tibbi təsnifatdan keçməlidir. Bundan sonra həmin idmançıların çempionatda iştirakı təmin olunacaq".

Rəhimov yarışın mükafat fondunun olmayacağını da əlavə edib.

Qeyd edək ki, paracüdo üzrə dünya çempionatı 7 - 9 noyabrda keçiriləcək.

100 kq-dan yuxarı çəki dərəcəsində 2 qat paralimpiya və 2 qat dünya çempionu olan İlham Zəkiyev sentyabrın 3-də 8 qat Avropa çempionu tituluna da yiyələnib. O həmçinin Bakı-2015 I Avropa Oyunlarının qalibidir.

Son xəbərlər

Orphus sistemi