Bakıda Ümumdünya Antidopinq Agentliyinin büdcəsinin artırılması ilə bağlı qərar qəbul olunub

Fərdi
  • 16 noyabr, 2018
  • 08:56
Bakıda Ümumdünya Antidopinq Agentliyinin büdcəsinin artırılması ilə bağlı qərar qəbul olunub

Bakı. 16 noyabr. REPORT.AZ/ Ümumdünya Antidopinq Agentliyinin (WADA) büdcəsi artırılıb.

“Report” xəbər verir ki, bununla bağlə qərar qurumun Təsisçilər Şurasının Bakıda keçirilən iclasında qəbul olunub. WADA-nın 2019-cu il üçün büdcəsi 34,67 milyon avro olacaq. Bu isə cari illə müqayisədə 8 faiz çoxdur.

Qeyd edək ki, WADA-nın büdcəsi Beynəlxalq Olimpiya Komitəsi və quruma üzv dövlətlərdən daxil olan vəsait hesabına formalaşır.

44 filmi