Yuxarı

Bakıda ilk dəfə stolüstü tennis üzrə nüfuzlu turnir keçiriləcək

Avropa Top-16 Kubokuna 17 ölkə qatılacaq

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanda ilk dəfə stolüstü tennis üzrə nüfuzlu beynəlxalq turnir keçiriləcək. "Report"un məlumatına görə, Avropa Top-16 Kuboku adlanan yarışın startı fevralın 6-da veriləcək. 

Milli Gimnastika Arenasında təşkil olunacaq mini Avropa çempionatına qitənin 16 kişi və 16 qadın stolüstü tennisçisi qatılacaq. Onların əksəriyyəti reytinqli idmançılar olacaq. Azərbaycana təşkilatçı ölkə kimi birbaşa təmsilçilik hüququ verilib. Qadınların mübarizəsində Məryəm İmanova, kişilərin yarışında isə Fərhad İsmayılov çıxış edəcək. Kubokun ötənilki qalibləri - portuqaliyalı Markos Freytas kişilər, avstriyalı Liu Xia qadınlar arasında titullarını Bakıda müdafiə etməyə çalışacaqlar. Ümumilikdə Azərbaycan paytaxtına 17 ölkədən 30 idmançı gələcək.  

Qeyd edək ki, üç gün davam edəcək Top-16 Kubokuna Avropa və Beynəlxalq Stolüstü Tennis federasiyalarının prezidentləri də dəvət edilib. Açılış mərasimi fevralın 6-da saat 14:00-da olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi