Bakıda keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub

Fərdi
  • 27 sentyabr, 2018
  • 14:00
Bakıda keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün yekun vurulub.

"Report" xəbər verir ki, sonuncu - səkkizinci yarış günündə qarışıq komanda yarışları baş tutub.

Fərdi mübarizədə də bütün ölkələrdən üstün olan Yaponiya qarışıq komanda yarışında da qızıl medal qazanıb. "Gündoğar ölkə" təmsilçisi finalda Fransadan güclü olub - 4:1.

Rusiya və Birləşmiş Koreya komandaları isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan millisi qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşdə Rusiya yığmasına məğlub olaraq 5-ci yeri tutub.