Bakıda keçiriləcək BMX üzrə dünya çempionatının rəsmi maskotu açıqlanıb

Bakıda keçiriləcək BMX üzrə dünya çempionatının rəsmi maskotu açıqlanıb Bu, Qafqaz bəbiridir
Fərdi
8 May , 2018 11:32
Bakıda keçiriləcək BMX üzrə dünya çempionatının rəsmi maskotu açıqlanıb
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ İyunun 5-də Bakıda start götürəcək BMX üzrə dünya çempionatının rəsmi maskotu açıqlanıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, Qafqaz bəbiridir. 

Çempionatın simvolu olaraq bəbirin seçilməsi özlüyündə tullanmaq üzrə balans, fərdilik, güc və sürət simvolu kimi elementləri ehtiva edir. 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə regionumuzda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyənləşdirilib və Qafqazın “Böyük Beşliyi” konsepsiyası tərtib edilib. Bu növlərdən biri də məhz Qafqaz bəbiridir. Həmin dövrdən etibarən, IDEA İctimai Birliyi təhlükə altında olan fauna növlərimizin mühafizəsi və artırılması istiqamətində əməli tədbirlərə başlayıb. Son 10 ilin tədqiqatları bəbirlərin Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində yaşadığını müəyyən edib. Ümumilikdə Respublika ərazisində işğal olunmuş ərazilər də daxil olmaqla 20-yə qədər fərdin yaşadığı ehtimal edilir.

Bəbirlərin sayının azalmasının əsas səbəbi isə insanlar tərəfindən birbaşa təqib olunması və əsas qida obyektlərinin sayının kəskin azalmasıdır. Qafqaz bəbirlərinə diqqəti artırmaq və onların mühafizəsi istiqamətində səyləri səfərbər etmək məqsədilə, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin may ayında Bakı şəhərində tarixdə ilk dəfə olaraq, Qafqaz Pişikkimiləri üzrə beynəlxalq Sammit də təşkil edilib.

Qeyd edək ki, dünya çempionatı iyunun 9-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi