Bakıda gimnastika üzrə beynəlxalq “AGF Junior Trophy” turniri start götürüb

Bakıda gimnastika üzrə beynəlxalq “AGF Junior Trophy” turniri start götürüb Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün Bakıda gimnastika üzrə beynəlxalq “AGF Junior Trophy” turniri start götürüb.
Fərdi
23 Aprel , 2018 15:23
Bakıda gimnastika üzrə beynəlxalq “AGF Junior Trophy” turniri start götürüb

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün Bakıda gimnastika üzrə beynəlxalq “AGF Junior Trophy” turniri start götürüb.

“Report”un məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən yarışın ilk günündə fərdi proqramda təsnifat yarışları baş tutacaq. Nəticələrə əsasən, bu gün komanda hesabında qaliblər və ayrı-ayrı alətlər üzrə finalçıların adları müəyyənləşəcək.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, iştirakçılar 2003 - 2005-ci il yaş kateqoriyasında mübarizə aparacaqlar.

Turnirdə Azərbaycanı Dərya Farşbafşəhriyari, Arzu Cəlilova, Yelizaveta Luzan və Dərya Sorokina təmsil edir. Ümumilikdə isə, yarışlarda 18 ölkənin idmançıları iştirak edəcək.

Qeyd edək ki, “AGF Junior Trophy” turniri 1 - 3 iyunda İspaniyanın Qvadalaxara şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil ediləcək. 

Son xəbərlər

Orphus sistemi