Bakıda “Formula-2” üzrə birinci yarış start götürüb

Bakıda “Formula-2” üzrə birinci yarış start götürüb Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda “Formula-2” üzrə birinci yarış start götürüb.
Fərdi
28 Aprel , 2018 12:09
Bakıda “Formula-2” üzrə birinci yarış start götürüb

Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda “Formula-2” üzrə birinci yarış start götürüb.

“Report”un məlumatına görə, hər birindən iki sürücü olmaqla, 10 komandanın pilotları 60 dəqiqə ərzində 29 dövrə vuraraq qalibi müəyyənləşdirəcəklər. 

Aprelin 27-də baş tutan sıralama turunda qeydə alınan nəticələrə əsasən, pilotlar Hökumət Evinin qarşısındakı start xəttində aşağıdakı formada düzülüblər.

1. Aleksandr Olbon (“Dams”)

2. Lando Norris (“Carlin”)

3. Corc Rassel (“Art Grand Prix”)

4. Luka Qotto (“Campos Vexatec Racing”)

5. Serxio Sette Kamara (“Carlin”)

6. Cek Aytken (“Art Grand Prix”)

7. Arcan Meyni (“Trident”)

8. Nik de Vris (“Prema Powerteam”)

9. Ralf Boşunq (“MP Motor Sports”)

10. Tadasuke Makino (“Russian Time”)

11. Roberto Meri (“MP Motor Sports”)

12. Antonio Fuoko (“Charouz Racing System”)

13. Lui Deletraz (“Charouz Racing System”)

14. Şon Qelael (“Prema Powerteam”)

15. Artyom Markelov (“Russian Time”)

16. Roy Nissani (“Campos Vexatec Racing”)

17. Maksimilian Günter (“BWT Arden”)

18. Nirey Fukudzumi (“BWT Arden”)

19. Santino Ferruççi (“Trident”)

20. Nikolas Latifi (“Dams”)

“Formula-2”nin ikinci yarışı saat 13:10-da start götürəcək və 21 dövrədən ibarət olacaq.

Qeyd edək ki, builki mövsüm 12 turdan ibarətdir. Hər tur bir Qran-pri həftəsonunu əhatə edir və həmin vaxt 2 yarış baş tutur. Artıq “Formula-2” çempionatının ilk turu keçirilib. İlk turun 1-ci yarışında “Carlin” komandasının pilotu Lando Norris, 2-ci yarışında isə “Russian Time” komandasının pilotu Artyom Markelov qələbə qazanıb. Hazırda xal cədvəlində ilk sırada 39 xalla Norris yer alır. Onu 30 xalla Markelov və 28 xalla “Carlin” komandasının pilotu Serjio Setta Kamara izləyir.

Ötən il Bakıda baş tutmuş “Formula-2”nin ilk yarışında “Pertamina Prema Theodore Racing” komandasının pilotu Şarl Lekler, ikinci yarışında isə “BWT Arden" komandasının pilotu Norman Nato qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi