Bakıda "Formula 2" yarışının qalibi bəlli olub

Bakıda "Formula 2" yarışının qalibi bəlli olub Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
Fərdi
12 İyun , 2022 12:17
Bakıda Formula 2 yarışının qalibi bəlli olub

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

"Report"un məlumatına görə, 29 dövrənin yekununda "Prema Racing"dən Dennis Hauger bütün rəqiblərini qabaqlayıb.

"Carlin"dən Logan Sargeant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub. Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.

11:05

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

"Report"un məlumatına görə, 29 dövrənin yekununda qalib bəlli olacaq.

"Hitech Grand Prix" komandasından Yuri Vips sıralama turunda ən yaxşı nəticəni göstərmişdi. "Carlin"dən Liam Louson ikinci, "Prema Racing"dən Dennis Hauger üçüncü olub.

Qeyd edək ki, saat 15:00-da "Formula 1"də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi