Bakıda "Formula 1"ə görə hərəkət daha da məhdudlaşdırılır
Fərdi
- 01 iyun, 2022
- 12:50
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda hərəkət daha da məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, bu gün gecə saatlarında İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə bağlanacaq.
Bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.
Son xəbərlər
16:21
Paşinyan II Qareginlə kilsədə islahatları müzakirə etməyə hazırdır
Region16:16
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə16:13
Cəlil Cəlilov: "Azərbaycan millisi Avropa çempionatında yaxşı oyun sərgiləyir"
Komanda16:12
Latviya Ukraynaya təxminən 200 min avro ayırıb
Digər ölkələr16:08
Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib
Sosial müdafiə16:07
Amurda partlayış nəticəsində 1 nəfər ölüb, 131 nəfər xəsarət alıb – YENİLƏNİB
Region15:54
"AzerGold" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə15:54
Zelenski İlham Əliyevə təşəkkür edib, Azərbaycanın dəstəyini qeyd edib
Xarici siyasət15:46
Foto