Bakıda dünya çempionu olan yaponiyalı bacı-qardaş cüdoçular təəssüratlarını bölüşüblər

Bakıda dünya çempionu olan yaponiyalı bacı-qardaş cüdoçular təəssüratlarını bölüşüblər "Bacımın qızıl medal qazanmasına görə xoşbəxtəm"
Fərdi
22 Sentyabr , 2018 11:16
Bakıda dünya çempionu olan yaponiyalı bacı-qardaş cüdoçular təəssüratlarını bölüşüblər

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən dünya çempionatında eyni gündə qızıl medal qazanan yaponiyalı bacı və qardaş cüdoçular Uta və Hifumi Abe təəssüratlarını bölüşüblər. 

“Report”un məlumatına görə, onlar mükafatlandırma mərasimindən sonra açıqlama veriblər. 

66 kq çəki dərəcəsində qızıl medal qazanan Hifumi Abe bacısının qızıl medal qazanmasının ona əlavə güc verdiyini deyib: “Yarışlara başlayanda ardıcıl ikinci dünya çempionu olmağı hədəfləmişdim. Ancaq bundan da vacibi qızıl medalı bacımla birlikdə qazanmağımdır. Bacımın qızıl medal qazandığını bilməyim, doğrudan da, mənə motivasiya verdi, final görüşümdə gücümə güc qatdı. Bacımın qızıl medal qazanmasına görə xoşbəxtəm. Onunla fəxr edirəm və bir cüdoçu olaraq ona böyük rəğbət bəsləyirəm”.

52 kq çəkidə qadınların mübarizəsində qızıl medal qazanan Uta Abe də əsas məqsədinin qızıl medal qazanmaqdan ibarət olduğunu və hər ikisinin eyni gündə bu uğuru qazandıqları üçün şərəf hissi keçirdiyini söyləyib: “Əlbəttə, mənim ilkin hədəfim qızıl medalı qazanmaq idi. Ancaq hər ikimiz qızıl medalı eyni gündə qazanmağı qarşımıza məqsəd qoymuşduq. Final görüşümdən əvvəl qardaşımın yarımfinal döyüşünü həyəcanla izlədim. Onun da finala yüksəlməsi səbəbindən final görüşümdə özümü çox rahat hiss etdim”.

Son xəbərlər

Orphus sistemi