Bakıda dünya çempionu olan cüdoçu: "Mən azərbaycanlıyam" - VİDEO

Bakıda dünya çempionu olan cüdoçu: "Mən azərbaycanlıyam" - VİDEO Səid Mollayi: "Qızıl medalı bütün Azərbaycan xalqına təqdim etdim"
Fərdi
25 Sentyabr , 2018 12:29
Bakıda dünya çempionu olan cüdoçu: Mən azərbaycanlıyam - VİDEO

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakıdakı dünya çempionatında 81 kq çəki dərəcəsində dünya çempionu olan İran cüdoçusu Səid Mollayinin milliyyətcə azərbaycanlı olduğu müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə 26 yaşlı idmançının özü açıqlamasında bildirib. O deyib ki, İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olsa da, hazırda Urmiyada yaşayır. 

Mollayi qazandığı qızıl medalı Azərbaycan xalqına həsr etdiyini vurğulayıb: "Bakıda dünya çempionu oldum və qızıl medalı bütün Azərbaycan xalqına təqdim etdim. Mənim çəkimdə Azərbaycandan heç kim yox idi. Bu səbəbdən, öz medalımı bütün azərbaycanlılara həsr etdim. Yaxşı məşq edib 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmaq istəyirəm”.

Qeyd edək ki, Səid Mollayi "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi