Bakıdakı cüdo üzrə beynəlxalq seminarla bağlı xüsusi veriliş hazırlanıb - VİDEO

Bakıdakı cüdo üzrə beynəlxalq seminarla bağlı xüsusi veriliş hazırlanıb - VİDEO Proqramı "Cüdo TV" təqdim edib
Fərdi
19 Yanvar , 2017 16:36
Bakıdakı cüdo üzrə beynəlxalq seminarla bağlı xüsusi veriliş hazırlanıb - VİDEO

Bakı. 19 yanvar. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyasının Bakıda hakimlər və məşqçilər üçün keçirdiyi seminarda cüdo ilə bağlı mühüm qərarlar qəbul edilib. "Report"un məlumatına görə, dünya şöhrətli cüdo mütəxəssislərinin paytaxtda müzakirə etdiyi yeni qaydalar artıq Tunisdə baş tutan "Africa Open" turnirində tətbiq olunub.

Hakimlik və yarış qaydaları bu ilin avqustunda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatına kimi test xarakteri daşıyacaq. Qaydalar cüdonun inkişafı üçün effektli olsa, 2020-ci il Tokio Yay Olimpiya Oyunları da daxil olmaqla, bütün yarışlarda tətbiq ediləcək.

"Report" "Cüdo TV"nin bütün yeni qaydalardan bəhs edən və Bakıda təşkil olunan seminarla bağlı hazırladığı xüsusi proqramı təqdim edir... 

Son xəbərlər

Orphus sistemi