Bakıda buz meydançası istifadəyə verilib - FOTO - VİDEO

Bakıda buz meydançası istifadəyə verilib - FOTO - VİDEO Gənclər və İdman Nazirliyi tərəfindən Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib.
Fərdi
2 İyun , 2023 10:06
Bakıda buz meydançası istifadəyə verilib - FOTO - VİDEO

Gənclər və İdman Nazirliyi tərəfindən Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib.

“Report”un məlumatına görə, bununla bağlı idman obyektində açılış mərasimi təşkil olunub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, olimpiya çempionları, idman səfirləri və federasiya rəsmiləri iştirak ediblər.

Meydança ölkədə fiqurlu konkisürmənin inkişafına təkan məqsədilə istifadəyə verilib. Burada hokkey idman növünün inkişafı üçün tələb olunan imkanlar da mövcuddur.

Nazir Fərid Qayıbov çıxış edərək, tədbirə qatılanları salamlayıb. Daha sonra Azərbaycan bayrağı meydanaçaya gətirilib və Dövlət Himni səsləndirilib.

Ardınca fiqurlu konkisürənlər bacarıqlarını göstəriblər.

Son xəbərlər

Orphus sistemi