Azərbaycanlı şahmat məşqçisi Türkiyədə ilkə imza atıb

Azərbaycanlı şahmat məşqçisi Türkiyədə ilkə imza atıb O, eyni anda 30 tələbəsi ilə şahmat oynayıb
Fərdi
1 Noyabr , 2016 19:10
Azərbaycanlı şahmat məşqçisi Türkiyədə ilkə imza atıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Şahmat üzrə Türkiyə yığmasının azərbaycanlı məşqçisi Tofiq İsmayılov yeniliyə imza atıb. 

"Report"un məlumatına görə, T.İsmayılov eyni vaxtda 30 tələbəsi ilə şahmat oynayıb.

Tədbirdə tədbirin keçirildiyi Söke bölgəsinin icra nümayəndəsi Tahsin Kurtbeyoğlu, Sökə Bələdiyyəsinin sədri Süleyman Toyran, Türkiyə Şahmat Federasiyasının həmin bölgə üzrə nümayəndəsi Levent Yıldız və yerli şahmat hakimləri iştirak ediblər.

Yığmanın məşqçisi bu addımı ilə tələbələrinin şahmat oynama səviyyəsini ölçmək olduöunu bildirib: "Bu cür tədbirlərin şahmatın inkişafında böyük rolu var. Burada məqsədimiz yığmaya idmançı seçməkdən əlavə, onların bacarıqlarını ortaya çıxarmaqdır. Şahmat elə bir oyundur ki, onu uşaqlar oynadıqca sevir".

Son xəbərlər

Orphus sistemi