Azərbaycanlı hakim: Ümid edirəm ki, Avropa çempionatındakı işimiz yüksək qiymətləndiriləcək

Azərbaycanlı hakim: Ümid edirəm ki, Avropa çempionatındakı işimiz yüksək qiymətləndiriləcək Ümid edirəm ki, işimiz yüksək qiymətləndiriləcək.
Fərdi
2 İyul , 2024 13:30
Azərbaycanlı hakim: Ümid edirəm ki, Avropa çempionatındakı işimiz yüksək qiymətləndiriləcək

Ümid edirəm ki, işimiz yüksək qiymətləndiriləcək.

Bunu "Report"a açıqlamasında Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş yeniyetmə cüdoçular arasında Avropa çempionatında hakimlik etmiş Fariz Hüseynov deyib.

A kateqoriyalı referi turnirdə hakimliyin normal olduğunu bildirib: "Böyük səhvlərə yol vermədik. Təsnifat mərhələlərindən başqa, bir final, bir də bürünc medal uğrunda görüş idarə etdim".

O, yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən Azərbaycan millisinin çıxışına da toxunub: "Nəticələrimizi qənaətbəxş hesab edirəm. Oğlanlardan ibarət komandamız medal sıralamasında ikinci yeri tutdu. Yığmamıza uğurlar arzulayıram. Federasiyamızın siyasəti odur ki, yeniyetmələrimiz gələcəkdə Azərbaycanı mötəbər beynəlxalq yarışlarda uğurla təmsil etsinlər. Bu, əsas məqsədlərdən biridir".

Qeyd edək ki, iyunun 27-də start götürən yarış 30-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi