Azərbaycanlı ikiqat olimpiya çempionu Rusiya əleyhinə sanksiyalara qarşı çıxıb

Azərbaycanlı ikiqat olimpiya çempionu Rusiya əleyhinə sanksiyalara qarşı çıxıb Rusiya Qılıncoynatma Federasiyasının (FFR) prezidenti İlqar Məmmədov yerli idmançıların beynəlxalq yarışlardan kənarlaşdırılmasına münasibət bildirib.
Fərdi
26 Aprel , 2022 17:43
Azərbaycanlı ikiqat olimpiya çempionu Rusiya əleyhinə sanksiyalara qarşı çıxıb
İlqar Məmmədov

Rusiya Qılıncoynatma Federasiyasının (FFR) prezidenti İlqar Məmmədov yerli idmançıların beynəlxalq yarışlardan kənarlaşdırılmasına münasibət bildirib.

"Report"un məlumatına görə, azərbaycanlı ikiqat olimpiya çempionu TASS-a müsahibəsində bunun düzgün addım olmadığını söyləyib.

Məmmədov Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) qərarını deqradasiya adlandırıb: "Məgər Ukraynada baş verənlər dünyada ilk beynəlxalq hərbi münaqişədir? Bəlkə bundan əvvəl də olub? NATO üzvü olan ölkələrin idmançıları niyə gözümüzün qabağında baş verən hərbi hadisələrlə əlaqələndirilmədi"?

Federasiya prezidenti Misirin paytaxtı Qahirədə olarkən Rusiyanın yarışlardan kənarlaşdırılması ilə bağlı post paylaşan ABŞ-dan olan məşqçi Qreq Massialas ilə aralarındakı söhbəti də xatırlayıb: "Soruşdum ki, Qreq, iki olimpiadada bizə uduzmusunuz, artıq Rusiya ilə mübarizə aparmaq istəmirsiniz? Cavab verdi ki, sizi yarışlardan uzaqlaşdırmaq lazımdır. Sual verdim ki, niyə? Bu, doğrudanmı dünyada ilk beynəlxalq münaqişədir? ABŞ Yuqoslaviyanı bombalayanda kimsə bu hərbi əməliyyatı sizin idmançılarla, qılıncoynadanlarla hansısa şəkildə əlaqələndirdi? Kimsə sizin cəzalandırılmalı olduğunuzu dedi? Təbii ki, cavab verə bilmədi. Bizdən qorxmadığını söylədi. Belədirsə, mənim reaksiyamdan niyə belə qəzəblənirsiniz? Bu illər ərzində biz həmişə özümüzü zalda idmançı kimi aparmışıq. İndi isə hər birininin alqışlamağa hazır olduğu teatr başlayıb. Güclü olduğunuzu sübut etmək istəyirsinizsə, meydana çıxın, qalib gəlin və bizi cəzalandırın. Qreqin mənə cavab verə bilmədiyini görən digər amerikalı məşqçilər gülməyə başladılar".

Qeyd edək ki, İlqar Məmmədov Seul-1988 və Atalanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi. O, 2021-ci ildə Rusiya Qılıncoynatma Federasiyasının prezidenti seçilib. İ.Məmmədov hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi vəzifəsində çalışan Yaşar Məmmədovun oğludur.

Son xəbərlər

Orphus sistemi